Xesus Valexo dördüncü dəfə zədələndi

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Xesus Valexo növbəti dəfə zədələnib.

Azadinform "Marca"ya istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi komandanın məşqində xəsarət alıb və məşqi tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

İspaniyalı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı tibbi müayinədən sonra müəyyənləşəcək. O, cari mövsümdə dördüncü dəfə zədələnib.

Qeyd edək ki, Xesus Valexo "Saraqosa"nın yetirməsidir. 2015-ci ildən "Real Madrid"də çıxış edən futbolçu cari mövsüm heç bir La Liqa matçında iştirak etməyib. O, bu mövsüm yalnız Çempionlar Liqasında Rusiya MOİK-inə 0:3 hesabı ilə uduzduqları və ölkə kubokunun 1/16 final mərhələsində Melilyanı 6:1 hesabı məğlub etdikləri matçlarda meydanda olub.

14.01.2019 21:23 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2019
    18.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo