ABŞ-ın dövlət katibi Trampın Türkiyə ilə bağlı bəyanatını şərh edib

“Donald Trampın sanksiyaya bənzər tədbirlərdən bəhs etdiyini zənn edirəm”.

Azadinform “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Səudiyyə Ərəbistanına səfəri zamanı Prezident Donald Trampın Türkiyəyə iqtisadi sanksiya tətbiq edə biləcəkləri barədə “Twitter” səhifəsindəki yazdıqlarını şərh edərkən bildirib.

O, D.Trampın Suriyadan çıxmaq məsələsində fikrinin dəyişmədiyini, bu ölkədə təhlükəsizlik bölgənin yaradılması, Suriya sərhədinin qorunması ilə bağlı versiyaları araşdırdıqlarını bildirib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu D.Trampın bəyanatındakı hədə dilini doğru saymadığını bildirib.

Qeyd edək ki, D.Tramp Türkiyəni iqtisadi sanksiyalar tətbiq edəcəyi ilə hədələyib. 

14.01.2019 20:05 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2019
    18.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo