Səudiyyə Ərəbistanı ilə ABŞ Yəmən məsələsində razılığa gəliblər

ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud Yəmənlə bağlı İsveçdə əldə olunmuş sülh sazişini yerinə yetirmək barədə razılığa gəliblər.

Azadinform xəbər verir ki, bu barədə ABŞ-ın Ər Riyaddakı səfirliyi “Twitter”də məlumat yayıb.

“Pompeo və vəliəhd şahzadə İsveçdə imzalanmış sülh sazişinə riayət etmək, Yəməndəki gərginliyi azaltmaq üçün səyləri davam etdirmək, Yəmən böhranının əhatəli siyasi həllinin zərurəti barədə razılığa gəliblər”, - deyə qeyd edilən məlumatda dövlət katibinin Yəməndə BMT himayəçiliyi ilə siyasi prosesə dəstək verdikləri üçün Səudiyyə Ərəbistanına təşəkkür etdiyi də göstərilir.

Xatırladaq ki, Yaxın Şərq ölkələrində səfərdə olan M.Pompeo yanvarın 13-də Qətərdən Səudiyyə Ərəbistanına gələrək danışıqlar aparmış, bu gün isə ailə üzvünün vəfat etməsilə əlaqədar səfəri erkən başa vurduğu elan edilmişdi.

14.01.2019 19:43 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2019
    18.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo