2019-cu ildə Avropanın mədəniyyət paytaxtı seçildi - Plovdiv

AZADİNFORM. Bolqarıstanın ikinci böyük şəhəri olan Plovdivin 2019-cu ildə Avropanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı təntənəli mərasim keçirilib.

Azadinform “Euronews” telekanalının yayımladığı süjetə istinadən xəbər verir ki, mərasimdə 500-dən çox tədbirin keçiriləcəyi və yüzlərlə layihənin reallaşdırılacağı proqrama start verilib. Onların əsas mövzusunun Avropanın rəngarəng mədəniyyəti olacağını diqqətə çatdıran Plovdiv meri İvan Totev deyib: “Bizim şəhəri müəyyən mənada birləşmiş Avropanın nümunəsi hesab etmək olar, çünki bir çox nəsillərdən bəri burada müxtəlif etnik və dini qruplar yan-yana yaşayır. Layihəmizə təkcə bolqar mədəniyyəti deyil, həmçinin Avropa dəyərləri, xüsusən rəngarənglikdə təcəssüm olunan birik ideyası daxildir”.

“2019-cu ildə Avropanın mədəniyyət paytaxtı” çərçivəsində ilk layihələrdən biri müxtəlif ölkələrin rəssamlarının birgə fəaliyyəti sayəsində incəsənət nümunəsinə çevrilmiş Berlin divarının parçalarının Plovdivə gətirlməsidir. Fransız kuratoru Silvestr Verjenin bir çox digər əl işlərində olduğu kimi, Bolqarıstanda təqdim olunacaq bu layihəsində də birlik, fikir ayrılıqları əngəlinin aşılması, maneələrin aradan qaldırılması və sərhədlərin ləğvi ideyaları ön plandadır.

“Euronews” telekanalının müxbiri Volfqanq Şpindlerin sözlərinə görə, birlik ideyasının əsas mövzu seçilməsi təsadüfi deyil. O deyib: “Səkkiz min illik tarixi və çoxmillətli keçmişi olan, həmçinin təxminən 60 il totalitar kommunizmdə yaşamış şəhər bu il Avropanın mədəniyyət paytaxtı oldu. Əsas şüar isə “Birlik” sözüdür. Brexit dövründə və millətçilik meyillərinin artdığı bir şəraitdə daha yaxşısını düşünmək belə olmazdı”.

14.01.2019 14:41 / Baxılıb: 204 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo