Tramp Kim Çen Inla görüşün Vyetnamda keçirilməsini təklif edib

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla ikinci görüşün Vyetnamda keçirilməsini təklif edib.

Bu barədə Azadinform "Ryonhap"a istinadən xəbər verir.

Bildirilir ki, Ağ Ev rəhbəri görüşün fevralın ortalarında keçirilməsini təklif edib. Agentliyin məlumatına görə, hazırda Şimali Koreya ABŞ-ın təklifini nəzərdən keçirir. Qeyd edilir ki, KXDR hələ ABŞ-ın təklifinə rəsmi şəkildə cavab verməyib. 

Daha əvvəl məlum olub ki, Koreya Xalq Demokratik Respublikası və ABŞ liderlərinin görüşü yaxın vaxtlarda olacaq.

13.01.2019 10:43 / Baxılıb: 59 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2019
    18.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo