Sabirabadda yol qəzasında 1 nəfər xəsarət alıb

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Hadisə rayonun Qaratəpə kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1981-ci il təvəllüdlü Qaratəpə kənd sakini Məhərrəmov Elmir Oqtay oğlu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. (report)

13.01.2019 10:28 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.03.2019
    22.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo