"Las-Palmas" çimərliyində partlayış baş verib

Perunun "Las-Palmas" çimərliyində yerləşən klubda baş vermiş partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli təhlükəsizlik xidmətlərinə istinadən "El Comercio" qəzeti yazıb.

"Biz klub yaxınlığında iki qaz balonu tapdıq, partlayış nəticəsində binanın şüşələri qırılıb. Bir neçə nəfərdə cüzi xəsarətlər var. Vəziyyət nəzarət altındadır", - deyə nəşr fövqəladə hallar xidmətinin nümayəndəsi Vito Monopolinin sözlərini sitat gətirib.

Hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub. İnsidentin başqa təfərrüatları məlum deyil.

Daha əvvəl Fransanın paytaxtı Paris şəhərinin mərkəzində güclü partlayış baş verib.

13.01.2019 10:16 / Baxılıb: 82 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.03.2019
    22.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo