Tramp Rusiya və ABŞ münasibətlərinin bərpası arzusunu ifadə edib

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp əmindir ki, ABŞ və Rusiya bir dəfə xoş münasibətləri bərpa edə biləcəklər.

Azadinform xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.

Mən Rusiyayla Obamadan, Buşdan və ya Klintondan daha sərt idim. Ola bilər, istənilən digər prezidentdən də daha sərt. Eyni zamanda, tez-tez deyirəm - Rusiya Federasiyası ilə yola getmək yaxşıdır, pis deyil. Mən gözləyirəm, biz bir dəfə yenidən Rusiya ilə yaxşı münasibətlərə malik olacağıq", - deyə Amerika lideri yazıb. 

Qeyd edək ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) prezident Donald Trampın Rusiyanın xeyrinə çalışıb-çalışmamasına dair araşdırmaya başlayıb.

12.01.2019 22:05 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo