Türkiyədə iki həftədə 23 terrorçu zərərsizləşdirilib

Türkiyənin Silahlı Qüvvələri ötən il dekabrın 28-dən bu il yanvarın 11-dək 23 terrorçunu zərərsizləşdirib.

Bu barədə Azadinform "Anadolu" agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, PKK-ya qarşı Diyarbəkirdə aparılan antiterror əməliyyatları zamanı xeyli sayda silah-sursat, o cümlədən 12 tüfəng, 3 tapança, 3 qumbaraatan, 4 əl qumbarası, 1584 müxtəlif döyüş sursatları, partlayıcı maddələr, habelə narkotik maddələr və s. müsadirə edilib. Əməliyyatlar zamanı terrorçuların 7 sığınacağı məhv edilib.

Terrorçulara qarşı əməliyyat zamanı 1 türk hərbçisi şəhid olub, 4 hərbçi yaralanıb.

Daha əvvəl Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalındakı Avaşin-Basyan rayonundakı obyektlərinə zərbələr endirib.

12.01.2019 21:46 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo