"Sabah" Antalya toplanışına qələbə ilə başlayıb, "Qarabağ"ın oyunu ləğv edilib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarından ilk olaraq, debütant "Sabah" meydana çıxıb.

Azadinform-un məlumatına görə, Elşad Əhmədovun baş məşqçi olduğu komanda Türkiyənin I Liqa təmsilçisi "Eskişehirspor"la üz-üzə gəlib. Belek qəsəbəsindəki "IC Santai" otelinin futbol meydanında təşkil olunmuş qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 68-ci dəqiqədə Emil Qasımov vurub.

"Qarabağ"ın Rumıniya "Botoşani"si ilə nəzərdə tutulan görüşü isə ləğv olunub. Səbəb kimi Antalyada bir neçə gündür güclü yağışların yağması göstərilib.

Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqasının klubları Türkiyənin Antalya şəhərində yoxlama oyunlarına start verib.

12.01.2019 20:03 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo