Parisdəki partlayışda xəsarət alanların sayı artıb

Parisdə baş verən partlayışda xəsarət alanların sayı artıb.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristofer Kastaner özünün "Twitter" səhifəsində bildirib.

O, qeyd edib ki, yaralılardan 10-unun vəziyyəti ağırdır. Onlardan biri ağır vəziyyətdədir. Daha 37 nəfərin vəziyyəti orta ağırdır. Beləcə, yaralıların sayı 47 nəfərə çatıb.

DİN rəhbəri partlayışda ölənlərin ailələrinə dəstəyini ifadə edib. 

12.01.2019 19:35 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo