İmişlidə yolu keçən qadını avtomobil vurub

İmişlidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən Sadıqova Hədiyyə Vəli qızını vurub.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan H.Sadıqova daha sonra Bakıya göndərilib.

Daha əvvəl İmişlidə minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. (report)

12.01.2019 18:37 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo