Trampın Rusiya casusu olub-olmaması araşdırılır

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Prezident Donald Trampın Rusiyanın xeyrinə çalışıb-çalışmamasına dair araşdırmaya başlayıb.

Azadinform “The New York Times”ə istinadən xəbər verir ki, FTB direktoru Ceyms Kominin istefaya göndərilməsindən az sonra başlayan araşdırmada dövlət başçısının davranışlarının milli təhlükəsizliyə təhlükə yaradıb-yaratmadığını öyrənmək məqsədi qoyulduğu bildirilir.

Ağ Ev sözçüsü Sarah Sandersin bununla bağlı yaydığı açıqlamada sözügedən məlumatlar cəfəngiyyat olaraq dəyərləndirilib: “Rusiya və başqa xarici ölkələrə ABŞ-ı hədələməyə fürsət verən Barak Obamanın əksinə olaraq Prezident Tramp Rusiya məsələsində həqiqətən sərt mövqedədir”.

12.01.2019 16:23 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo