Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları alacaq

Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları (PUA) alacaq. 

Azadinform xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Petro Poroşenko şənbə günü özünün "Facebook" səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal olunacaq 6 ədəd “Bayraktar TB2” tipli dron qarşıdakı bir il ərzində sifarişçiyə çatdırılacaq.

“Bayraktar TB2” tipli dronların müasir standartlara uyğun gələrək həm müşahidə və kəşfiyyat, həm də döyüş məqsədilə istifadə üçün yararlı olduğu bildirilir.

12.01.2019 18:06 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo