Vatikanda ilk idman federasiyası yaradılıb

Vatikanda ilk dəfə “Vatikan Atletləri” adlı idman federasiyası yaradılıb.

Azadinform “The Quardian”a istinadən xəbər verir ki, isveçrəli mühafizlər, keşişlər, nunsilər, əczaçılar, hətta Vatikan Həvari Kitabxanasında çalışan 62 yaşlı bir professor da daxil olmaq şərtilə təqribən 60 nəfərlik qurumun Olimpiya Oyunlarına qədər müxtəlif beynəlxalq yarışlarda Müqəddəs Taxt-Tacı təmsil etməsi barədə İtaliya Olimpiya Komitəsi ilə müvafiq müqavilə imzalanıb.

Sözləşməyə görə, qurum hazırda İtaliya İzçilik Assosiasiyanın tərkibindədir və İdman Federasiyalarının Beynəlxalq Assosiyasiyasına üzv olmağı hədəfləyir. Bununla yanaşı, Vatikan idmançıları Avropa Kiçik Dövlətləri Oyunları, Aralıq Dənizi Oyunları və başqa beynəlxalq yarışlarda iştirak edəcəklərinə də ümid bəsləyir.

Təşkilata yalnız Vatikanda çalışan əməkdaşlar, onların valideynləri və övladları hər hansı yaş məhdudiyyəti olmadan üzv ola bilər. Həmçinin fəxri üzvlük də nəzərdə tutulur

12.01.2019 17:19 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo