Yasamal rayonunda UNEC-in yeni tədris binası inşa olunacaq

AZADİNFORM. Azərbaycan Dövlət İqtisadi Universiteti (UNEC) üçün daha bir tədris binası inşa olunacaq.

Azadinform xəbər verir ki, Azərbaycan Dövlət İqtisadi Universiteti Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 194 saylı ünvanda yeni tədris binasının tikintisi işlərinin satınalınması məqsədilə açıq tender elan edir.

Tenderdə iştirak etmək istəyənlər 1 000 manat məbləğində iştirak haqqını bank hesabına köçürməlidir.

İddiaçılar müvafiq sənədləri bu ilin fevralın 19-na qədər, tender təklifi və bank təminatını isə 26 fevral saat 17:00-dək UNEC-in əsas binasına təqdim etməlidir.

İddiaçıların təklifləri fevralın 27-də universitetin əsas binasında açılacaq. 

12.01.2019 15:54 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo