Türkiyədə qatar qəzası baş verib, yaralılar var

Türkiyədə qatar qəzası baş verib.

Azadinform “Hürriyyət”ə istinadən xəbər verir ki, hadisə İstanbulun Florya səmtində qeydə alınıb.

Belə ki, Halkalı - Sirkeci Banliyö dəmiryolunda sınaq məqsədilə xəttə buraxılmış Marmaray qatarı ilə dəmir yolu xətlərini dəyişdirən nəqliyyat vasitəsi toqquşub. 

Hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

12.01.2019 15:19 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    © 2019 All right reserved www.azadinform.az Powered by Danneo