"Qəbələ" ilk yoxlama oyununda qələbə qazanıb

"Qəbələ" komandası qış hazırlıq dövründə ilk yoxlama oyununu keçirib.

Azadinform-un məlumatına görə, "qırmızı-qaralar" Biləcəri Futbol Mərkəzində I Divizion təmsilçisi "Qaradağ Lökbatan"la üz-üzə gəlib.

Referi Nicat İsmayıllının idarə etdiyi görüş Sənan Qurbanovun baş məşqçi olduğu kollektivin qələbəsi ilə yekunlaşıb - 2:0.

Hesabı 20-ci dəqiqədə Rauf Əliyev açıb. 62-ci dəqiqədə Sabien Lilay yekun nəticəni müəyyənləşdirib. Görüş "Qəbələ"nin aşkar üstünlüyü şəraitində keçib. İlk yarıda Ceyms Adeniyi ayağı burxulduğu üçün əvəzlənməli olub. Yeni transfer Davit Vilkoviyə isə Bakıya yeni gəlməsi səbəbindən istirahət verilib.

12.01.2019 14:16 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo