Ermənilər Qazaxda ekskavatoru pulemyotlardan atəşə tutub

Samir Soltanov/AZADİNFORM. Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir. 

Dövlət Sərhəd Xidmətindən Azadinform-a verilən məlumata görə, 12 yanvar tarixində saat 11:20 və 11:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavatora doğru 7,62 mm çaplı “PK” pulemyotundan və 12,7 mm çaplı “DŞK” pulemyotundan atəş açılıb, nəticədə 6 güllə ekskovatorun çalovuna və başqa hissələrinə dəyib, kabinanın şüşəsi sındırılıb. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

12.01.2019 13:50 / Baxılıb: 151 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo