Hari Keyn üçün rekord məbləğ 350 milyon avro

Samir Soltanov/AZADİNFORM. İngiltərənin “Tottenhem” klubunun əsas qol silahı sayılan Hari Keynin transfer qiyməti açıqlanıb. 

Azadinform xəbər verir ki, London təmsilçisi hücumçunu 350 milyon avro müqabilində satmaq niyyətindədir. Hari Keyni heyətinə qatmaq istəyən klublardan biri İspaniyanın “Real Madrid” komandasıdır. Keyn cari mövsümdə “Tottenhem”in heyətində 29 oyunda meydana çıxıb və 19 dəfə fərqlənib. İngiltərə Premyer Liqasında Hari Keyn 14 qolla “Arsenal” klubunun qabonlu futbolçusu Pyer-Emerik Obameyanqla birinci və ikinci yerləri bölüşür. 

“Tottenhem” hazırda ölkə çempionatında 48 xalla dördüncü yerdə qərarlaşıb.

12.01.2019 14:00 / Baxılıb: 71 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo