Almeyda "Qarabağ"ın düşərgəsində

Samir Soltanov/AZADİNFORM. Millimizin yarımmüdafiəçisi Riçard Almeyda artıq "Qarabağ"ın düşərgəsindədir. 

Azadinform xəbər verir ki, futbolçu Antalyada təlim-məşq toplanışında olan komandaya qoşulub. Klubun baş meneceri Asif Əsgərov sosial şəbəkədə Almeyda ilə şəklini paylaşıb. 

Hazırda Qazaxıstan “Astana”sına məxsus olan Almeydanın Ağdam klubuna 1 illik icarə qaydasında keçəcəyi bildirilir. Müqavilənin imzalanması haqda rəsmi xəbərin yaxın vaxtlarda açıqlanacağı gözlənilir. 

Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi “Qarabağ”ı 2017/18 mövsümünün sonu tərk edərək “Astana”ya keçib.

12.01.2019 12:55 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo