Mərkəzi Bank 350 milyon manat cəlb edir

Samir Soltanov/AZADİNFORM. Yanvarın 14-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. 

Mərkəzi Bankdan Azadinform-a verilən məlumata görə, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,76-9,74 təşkil edir.

12.01.2019 10:40 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo