Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsini təsdiq edib

Makedoniyalı parlament üzvləri ölkə Konstitusiyasına dəyişikliklərin daxil edilməsini təsdiq edib.

Azadinform-un xarici mediaya istinadən məlumatına görə, dəyişikliklərə əsasən ölkənin adı "Makedoniya Respublikası"ndan "Şimali Makedoniya Respublikası"na dəyişdiriləcək.

Düzəlişləri 81 (ümumi sayın üçdə ikisi) deputat dəstəkləyib.

Xatırladaq ki, Yunanıstan hakimiyyəti iyunun 17-də Makedoniya Respublikası ilə saziş imzalayıb. Saziş artıq 25 ildən çox sürən keçmiş Yuqoslav ölkəsinin adı ətrafında problemin həllini nəzərdə tutur. Yunanıstan ölkənin cənubunda yerləşən Makedoniya vilayəti ilə qarışıqlığın olmaması üçün, keçmiş Yuqoslav ölkəsinin adının dəyişdirilməsini tələb edib.

Qeyd edək ki, ölkələr arasında saziş Skopye üçün NATO və Avropa İttifaqına yol açır.

11.01.2019 22:57 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    © 2019 All right reserved www.azadinform.az Powered by Danneo