Prezident İlham Əliyev: "Bu, bizim tarixi uğurumuzdur"

AZADİNFORM. "Cənub Qaz Dəhlizi Azərbaycana iqtisadi və maliyyə mənfəəti gətirəcək".

Azadinform xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Keçən ilin bir neçə önəmli hadisəsini qeyd edən dövlətimizin başçısı bildirib ki, ötən il üçüncü peyk orbitə buraxılıb və Azərbaycan kosmik dövlət kimi öz mövqelərini daha da möhkəmləndirib. “Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. Bu, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu hadisə bundan sonra onilliklər ərzində Azərbaycana böyük xeyir, həm siyasi, həm də iqtisadi və maliyyə mənfəəti gətirəcək. Keçən il Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsi də işə düşdü və artıq fəaliyyətdədir. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü reallaşdı. Bu, bizim böyük uğurumuzdur, tarixi uğurumuzdur”.

Prezident qeyd edib ki, ölkəmizi nəqliyyat mərkəzinə çevirmək üçün keçən il çox önəmli hadisə baş verib. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı öz işinə başlayıb. Beləliklə, Azərbaycan tranzit ölkə kimi artıq özünü dünyada təsdiqlədi.

11.01.2019 22:43 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo