Azərbaycan səfiri Rusiya XİN-də keçirilən ənənəvi görüşdə iştirak edib

Yanvarın 11-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun Müstəqil Dövlətlər Birliyinə(MDB) üzv dövlətlərin səfirləri ilə işçi səhər yeməyi formatında görüşü təşkil olunub. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu görüşdə iştirak edib.

Azadinform xəbər verir ki, görüşdə 2018-ci ildə Birlik formatında çoxtərəfli qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi istiqamətində görülən işlərə yekun vurulub, yaxın bir ildə MDB-də Türkmənistanın sədrliyi ilə xarici siyasi əlaqələndirmənin möhkəmləndirilməsi əsasında prioritetlər və mühüm vəzifələr müəyyən edilib.

İştirakçılar, həmçinin aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparıblar.

11.01.2019 22:20 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo