Polşa hökuməti "Huawei"in əməkdaşını casusluqda şübhəli bilir

Polşa hökuməti Çin və Polşa vətəndaşlarını rəsmi Varşavaya qarşı casusluqda və Çin kəşfiyyatı üçün işləməkdə ittiham edib.

Bu barədə Azadinform RT-yə istinadən xəbər verir.

"TVP Info" telekanalının Daxili Təhlükəsizlik Agentliyinə istinadən yaydığı məlumata görə, Çinin "Huawei" şirkətinin Polşa şöbəsinin əməkdaşı Veytszin V. və Polşa Daxili Təhlükəsizlik Agentliyinin sabiq yüksək çinli məmuru Pyotr D. saxlanılıb.

Kanalın məlumatına görə, günahlarının olduğu sübuta yetiriləcəyi halda, şübhəlilər 10 ilədək həbs edilə bilərlər. Bundan əlavə, Çinin Polşadakı səfirliyinin əməkdaşları saxlanmış Çin vətəndaşı ilə əlaqə saxlamaq üçün rəsmi dairələrə müraciət edib.

11.01.2019 21:05 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo