Makron Dünya İqtisadi Forumunda iştirak etməyəcək

Fransa Prezidenti Emmanuel Makron sıx qrafik səbəbindən Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək.

Bu barədə Azadinform RT-yə istinadən xəbər verir.

"Le Figaro" Yelisey sarayına istinadən bildirir ki, E.Makron "sarı jiletlilər"in etirazlarına görə ölkədəki vəziyyətə nəzarət etməyi planlaşdırır.

Qeyd edək ki, daha əvvəl ABŞ lideri Donald Tramp Foruma səfərini ləğv edib.

İqtisadi forum yanvar 22-25-də İsveçrənin Davos şəhərində keçiriləcək.

11.01.2019 20:43 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    © 2019 All right reserved www.azadinform.az Powered by Danneo