Tramp: "Yüksək ixtisaslı əcnəbilər ABŞ vətəndaşlığı ala biləcəklər"

Yüksək ixtisaslı mütəxəssislərin ABŞ-da qalması tezliklə sadələşdiriləcək, bu həm də onlara gələcəkdə ABŞ vətəndaşlığı almaq imkanı verəcək.

Azadinform xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

"H1-B vizasının (yüksək ixtisaslı mütəxəssis vizaları) sahibləri əmin ola bilərlər ki, qarşıdakı dəyişikliklər onların ABŞ-da qalmalarını, o cümlədən mümkün vətəndaşlıq almalarını asanlaşdıracaq və təmin edəcək. ABŞ işləmək üçün istedadlı və yaxşı hazırlıqlı insanları ölkəyə cəlb etmək niyyətindədir", - Tramp yazıb.

Daha əvvəl D.Tramp "qrin kart" viza lotereyasını ləğv etmək niyyətini açıqlamışdı.

11.01.2019 19:08 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.03.2019
    22.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo