Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

AZADİNFORM. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib. 

Nazirlikdən Azadinform-a verilən məlumata görə, iclasda Əkinçilik, Tərəvəzçilik, Üzümçülük və Şərabçılıq, Meyvəçilik və Çayçılıq, Bitki Mühafizə və Texniki Bitkilər, Heyvandarlıq, Baytarlıq Elmi-Tədqiqat institutlarının, Azərbaycan Dövlət Aqrar Universiteti, Aqrar Tədqiqatlar Mərkəzi, Dövlət Kənd Təsərrüfatı Muzeyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədrləri, büro üzvləri və digər əməkdaşları iştirak ediblər.

Kənd təsərrüfatı nazirinin müşaviri Elçin Zeynalov aqrar sahənin inkişafında gənclərin rolundan danışıb. O qeyd edib ki, gənclərin elmi potensialından, müasir yanaşmalarından səmərəli istifadə olunması effektiv nəticələrin əldə edilməsini daha da sürətləndirir. E.Zeynalov gənclərin ixtisaslarının artırılması, çalışdıqları sahələr üzrə daha da təkmilləşməsi, inkişaf etmiş ölkələrin təcrübəsinə yiyələnməsi və innovativ yanaşmaların aqrar sektorun inkişafına yönəldilməsinin vacibliyini vurğulayıb.

Daha sonra şuranın sədri Faiq Xudayev çıxış edərək Gənc Alimlər Şurasının yaranması, məqsədi və vəzifələri, eləcə də 2014-1018-ci illər ərzində həyata keçirdiyi tədbirlər barədə qısa məlumat verib.

Sonra çıxış edən tədbir iştirakçıları ilə mövcud problemlər və qarşıda həlli vacib olan məsələlər haqqında geniş fikir müzakirəsi aparılıb, aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsi və elmi-texniki tərəqqinin aqrar sahəyə tətbiqi, o cümlədən beynəlxalq elmi nəticələrin aqrar sahəyə transfer olunması, aqrar startap ideyalarının biznesə çevrilməsi və birgə fəaliyyət göstərilməsi istiqamətində Aqrar Elm və İnnovasiya Mərkəzi nəzdində İnkubasiya Mərkəzinin yaradılması qərara alınıb.

11.01.2019 19:32 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2019
    18.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo