Ermənistanda "donuz qripi"ndən 1 qadın ölüb

Ermənistanda "donuz qripi"ndən ölüm halı qeydə alınıb. 

Azadinform trend-ə istinadən xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Artavazd Vanyan deyib. O bildirib ki, ölən qadında müxtəlif xroniki xəstəliklər də aşkarlanıb. Bundan əvvəl qripdən bir uşağın ölməsi ilə bağlı yayılan xəbərlərə gəlincə, direktor laborator analizlər nəticəsində hər hansı virus infeksiyasının aşkar edilmədiyini vurğulayıb. 

A.Vanyan qeyd edib ki, hazırda stastionar müəssisələrdə 693 nəfər qripdən müalicə alır, onlardan bəzilərinin vəziyyəti ağırdır: "Qriplə əlaqədar olaraq uşaq xəstəxanaları gücləndirilmiş rejimdə çalışır". 

O əlavə edib ki, Ermənistanda əsasən A tipli, yəni H1N1 qripi yayılıb: "Poliklinikalara 1251 nəfər müraciət edib".

11.01.2019 18:29 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2019
    18.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo