Kürdə suyun səviyyəsi azalıb

Samir Soltanov/AZADİNFORM. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-110 faizini təşkil edir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, yanvarın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 135 kubmetr olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr təşkil etməklə ongünlük normanın 96 faizinə bərabərdir.

Yanvarın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra və Araz çayının Novruzlu məntəqələrində 2, Salyan və Bankədə 3, Şirvanda isə 6 santimetr azalıb.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 446, Şirvanda 333, Salyanda 308, Bankədə 262, Araz çayının Novruzlu məntəqəsində isə 173 santimetrə bərabərdir.

11.01.2019 18:41 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2019
    18.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo