Hirkan Milli Parkında daha bir bəbir qeydə alınıb

Samir Soltanov/AZADİNFORM. Hirkan Milli Parkının ərazisində daha bir bəbir qeydə alınıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə birgə Hirkan Milli Parkının ərazisində bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri növbəti monitorinq zamanı foto-tələlər vasitəsilə bəbirin fotoşəkilləri qeydə alınıb. 

Qeyd edək ki, Hirkan Milli Parkının ərazisində bəbirlərin müntəzəm qeydə alınan şəkilləri bu növün Milli Park ərazisində davamlı olaraq yaşadığını bir daha sübuta yetirir.

11.01.2019 18:17 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2019
    18.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo