Qəbələ gürcüstanlı futbolçu ilə heyətini gücləndirib

Samir Soltanov/AZADİNFORM. 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib. 

Azadinform klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” gürcüstanlı futbolçu Davit Volkovini heyətinə qatıb. 24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. 

Son klubu “Saburtalo” olan D.Volkovi 2017-2018-ci illərdə bu komandanın formasını geyinib. Hücumçu bunadək Gürcüstanda “Qaqra” (2012-2013), Tbilisi “Dinamo”su (2013-2016), həmçinin icarə əsasında oynadığı “Dinamo-2” (2013-2015), “Çixura” (2016) və “Sioni”də (2016) çıxış edib. 2017-ci ildə Serbiyanın “Zemun” klubunda legioner həyatı yaşayıb. 

Xatırladaq ki, “Qəbələ” bunadək Azərbaycan millisinin qapıçısı Anar Nəzirovu transfer edib.

11.01.2019 16:20 / Baxılıb: 321 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo