Məxməri inqilab Ermənistan dövlətçiliyini zəiflətdi

Aygün Nəbiyeva / AZADİNFORM. “Strateji baxımdan Azərbaycanla əlaqəli vacib məsələ Rusiyanın MDB siyasətində dəyişiklik etməsidir”.

Azadinform xəbər verir ki, bunu bu gün politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Amerikanın Rusiyaya təzyiq etməsi onu pul itkisinə məruz qoyub. Rusiya istəyir ki, MDB dövlətlərindən pul qazansın. Rusiyanın MDB üzrə xüsusi nümayəndə təyin etməsi də məhz buna görə idi. Yəni Rusiyanın MDB-yə olan münasibəti pul məsələsidir. Ümumiyyətlə, 2018-ci ildə Rusiyanın təzyiqinə ən çox məruz qalan dövlətlər Ermənistan, Qazaxısan və Belarusiya oldu”.

Politoloq əlavə edib ki, 2018-ci il Ermənistanın müasir tarixi ilə bağlı həqiqəti yenidən sübut etdi: “Məxməri inqilab” Ermənistan dövlətçiliyini daha da zəiflətdi. Buna görə də Ermənistanın vəziyyətdən çıxmaq üçün yeganə yolu Azərbaycanla olan münasibətləridir. O, işğalçılıqdan əl çəkməli, beynəlxalq hüququ tanımalıdır. Keçən ay Ermənistanda parlament seçkiləri keçirilməsinə baxmayaraq hələ də dövlət yoxdur. Dağlıq Qarabağ məsələsi Ermənistana qarşı anti-reytinqi üzə çıxartdı”.

11.01.2019 16:10 / Baxılıb: 331 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo