Mənzildən 7 min manatlıq qızıl-zinət oğurlanıb

Samir Soltanov/AZADİNFORM. Şabranda evdən 7 min manatlıq qızıl əşyalar oğurlanıb. 

DİN-dən Azadinform-a verilən məlumata görə, Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhimli kəndindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakini Hüseyn Binəliyev saxlanılıb. 

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 3-də 1 həyətyanı sahədən məişət əşyaları və ərzaq məhsulu oğurlaması da müəyyən edilib.

11.01.2019 15:45 / Baxılıb: 218 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo