Rusiya XİN: ABŞ Suriyadan qoşunlarını çıxarmaq istəmir

Samir Soltanov/AZADİNFORM. “ABŞ Suriyadan çəkiləcəyini desə də, bölgədə qalmaq istəməsi ilə bağlı təəssürat yaranıb”. 

Azadinform xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib. XİN rəsmisi qeyd edib ki, biz ABŞ prezidenti Donald Trampın qoşunların Suriyadan çıxarılması istiqamətdə verdiyi qərarın doğru addım olduğunu düşünürük: “ABŞ qoşunları çıxarıldıqdan sonra bölgəyə nəzarət Dəməşq rəhbərliyinə keçəcək. Biz ABŞ-ın geri çəkilməsini və azad edilən bölgələrin Suriya ordusunun nəzarəti altına keçməsini əhəmiyyətli bir addım olaraq görürük. Bundan sonra kürdlər ilə rəsmi Dəməşq arasında dialoqun qurulması vacibdir. Nəticədə kürd xalqı Suriyanın bir hissəsidir”.

11.01.2019 15:30 / Baxılıb: 352 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo