Uşaqlarda görmə zəifliyinin artma səbəbləri nədir?

Aygün Nəbiyeva / AZADİNFORM. Ölkədə son illər ərzində profilaktik müayinə olunan uşaqlar arasında görmə qabiliyyətinin zəif olması halları artıb.

Statistikaya görə, 2015-ci ildə 9100, 2016-cı ildə 10100, 2017-ci ildə isə 13300 nəfər uşaqda görmə qabiliyyətinin aşağı olması faktı aşkarlanıb.

 

Bəs uşaqlarda göz zəifliyinin artma səbəbləri nədir? Bunun qarşısını almaq üçün valideynlər nə etməlidir?

 

Mövzu ilə bağlı Azadinform-un suallarını cavablandıran həkim-oftalmoloq Günel Muradova qeyd edib ki, hazırda valideynlər uşaqları yaxın məsafədən daha çox yükləmələrlə işləməyə məcbur edirlər: “4-5-6 yaşındakı uşaqlar uzun müddət yazma və oxuma kimi fəaliyyətlərlə məşğul olmamalıdır. Bu məsələnin birinci tərəfidir. Digər tərəfdən uşaqlar kompyuter, planşet, və bu kimi elektron alətlərdən həddindən artıq istifadə edirlər. Bu isə gözdə spazmaya səbəb olur. Spazma da gələcəkdə görmə zəifliyinə gətirib çıxara bilər. Bundan başqa, göz zəifliyi genetik faktordur və bu danılmaz faktdır. Əgər valideyndə görmə zəifliyi varsa, bu uşaqda da özünü göstərəcək. Təbii olaraq bu faktorlar yetərincə kifayətdir ki, uşaqlarda görmə zəifliyi artsın”. Valideynlərə tövsiyələr barədə danışan oftalmoloq bildirib ki, uşaqları heç bir narahatlıq hiss etməsələr belə mütləq həkimə yoxlatmalıdırlar: “Çünki problem nə qədər tez bilinsə vaxtında müalicə etmək də o qədər asan olar. Valideynlərə məsləhətdir ki, uşaqlarda görmə zəifliyinin əsas səbəbi olan elektron vasitələrdən onları uzaq tutsunlar ”.

11.01.2019 15:00 / Baxılıb: 489 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.03.2019
    21.03.2019
    20.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo