İran 2018-ci ildə Azərbaycanın Səudiyyə Ərəbistanla münasibətlərinə qısqanclıq göstərib

Aygün Nəbiyeva / AZADİNFORM. “Azərbaycan elə bir regiondadır ki, onun qazandığı hər bir uğur əlavə gərginlik yaradır. Ölkəmizin bu gərginliyi dəf etməsi ona əlavə güc qazandırır, baş ucalığı gətirir. 2018-ci ildə Azərbaycanın uğurlarını tapmaqdan ötrü heç bir beyin məhsulu kəşf etməyə ehtiyac yoxdur”.

Azadinform xəbər verir ki, bunu bu gün politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, Azərbaycan prezidentinin verdiyi 3 bəyanat 2018-ci ili bütün istiqamətlər üzrə xarakterizə edir: “Rusiya mətbuatı dünya energetikası üçün yeni Azərbaycan-Türkiyə-Rusiya formatının yarandığını bəyan etdi. İl ərzində ölkə prezidenti bütövlükdə Avrasiya materiki üçün Azərbaycanın böyük uğurlar əldə etdiyini bildirdi. 2018-ci ildə görülən işlər Şimal-Cənub və Şərq-Qərb istiqamətlərindəki yolların Azərbaycan üzərində kəsişməsi ölkə mövqeyinin möhkəmləndirilməsində böyük nailiyyətlər əldə olundu. Kommunikasiya sahəsində uğurlar qazanan Azərbaycan yeganə dövlətdir ki, okeana çıxışı yoxdur”.

Politoloq vurğulayıb ki, Həsən Ruhani Oqtay Əsədovu qəbul edərkən gözlənilməz bəyanat verib: “Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin mənafeyini qorumaqla, dinc yolla həll olunması nəzərdə tutulur. Təbii ki, bu sırf Azərbaycan üçün nəzərdə tutulmuş tezisdir. İran müəyyən qədər ümid edir ki, Ermənistanı Rusiyanın caynağından qopara biləcək. Çin və İran yenidən Ermənistanı anti-Türkiyə bazasına çevirə biləcəyi absurd məsələdir. Çünki bu Rusiyanın ziyanınadır. Burada ən vacib məsələ İranın Azərbaycana dinlə bağlı münasibətidir. Bunun dalında siyasi məqsədlər dayanır. Eyni zamanda İran 2018-ci ildə Azərbaycanın Səudiyyə Ərəbistanla münasibətlərinə qısqanclıq göstərib”.

11.01.2019 14:50 / Baxılıb: 391 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.03.2019
    21.03.2019
    20.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo