Ordumuzun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı olub

Samir Soltanov/AZADİNFORM. Müdafiə nazirinin 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin təlim-metodiki toplanışı keçirilib. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev tədbirdə çıxış edərək Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatların davam etdirildiyini, kadr orqanlarının ordunun mühüm xidmət sahələrindən biri olduğunu söyləyib. K.Vəliyev müdafiə naziri tərəfindən bu istiqamətə ciddi diqqət yetirildiyini və bu məsələnin daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb. 

Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov çıxış edərək ötən il kadr orqanı işçilərinin təkmilləşdirilməsi üzrə görülmüş işlər və qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

11.01.2019 14:14 / Baxılıb: 284 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo