DİN 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

Samir Soltanov/AZADİNFORM. Daxili İşlər Nazirliyi (DİN) ötən gün Qubada baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. 

DİN-dən Azadinform-a verilən məlumata görə, yanvarın 10-da saat 9 radələrində Quba rayonunun Zərdabi kəndi ərazisində rayon sakinləri Pənah Məmmədovun idarə etdiyi “Ford Transit” və Ramil Seyidəhmədovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillər toqquşub. R.Seyidəhmədovun sərnişinlərindən Şakir Abbasov və Coşqun Qasımov hadisə yerində, Nahid Tarverdiyev isə xəstəxanaya aparılarkən yolda ölüb, R.Seyidəhmədov xəstəxanaya yerləşdirilib. 

Quba RPŞ tərəfindən araşdırma aparılır.

11.01.2019 13:55 / Baxılıb: 219 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo