Mosulda növbəti kütləvi məzarlıq – 38 qadın cəsədi çıxarıldı

Samir Soltanov/AZADİNFORM. İraqın Mosul şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb. 

Azadinform xəbər verir ki, şəhərin 40 kilometr cənubunda yerləşən Şora qəsəbəsində tapılan kütləvi məzarlıqda 38 qadın cəsədi tapılıb. İraqın təhlükəsizlik orqanları qadınların İŞİD tərəfindən öldürüldüyünü vurğulayıb. 

Artıq cəsədlərin şəxsiyyətini öyrənmək və sahiblərinə təslim etmək üçün araşdırmalara başlanılıb. 

Qeyd edək ki, İŞİD-in sözdə paytaxt elan etdiyi Mosulda 2014-2017-ci illər ərzində minlərlə dinc sakin terrorçular tərəfindən öldürülüb. Şəhərdə bu günə kimi 200-dən artıq kütləvi məzarlıq aşkarlanıb.

11.01.2019 13:15 / Baxılıb: 242 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    © 2019 All right reserved www.azadinform.az Powered by Danneo