Gömrükdə 20 mindən artıq telefon ləvazimatları müsadirə edilib

Samir Soltanov/AZADİNFORM. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Setra Kaessbohrer" markalı sərnişin avtobusu saxlanılıb və gömrük baxışı keçirilib. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin radiator üçün nəzərdə tutulmuş yerində olan 4 ədəd əl çantasının içərisindən gömrük orqanına bəyan olunmayan 14 600 ədəd mobil telefon üçün örtüklər, 6 000 ədəd mobil telefon silmək üçün salfetlər və 80 ədəd plastik qabda maye yağlar aşkar olunub.

11.01.2019 12:55 / Baxılıb: 229 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo