Bu proses ABŞ-Türkiyə münasibətlərinin daha da gərgin şəklə gətirilməsinə səbəb ola bilər

Ləman Hüseynzadə / AZADİNFORM. “Con Bolton bəyan etmişdir ki, guya ABŞ qoşunları regiondan çıxandan sonra da onlar kürd dəstələrinə dəstək verəcək. Hətta bildirmişdilər ki, Türkiyə hökuməti kürd dəstələrinə çox diqqətlə yanaşmalı və onlara qarşı ciddi bir addım görməməlidir. Təbii ki, bu rəsmi Ankaranın narazılığına səbəb oldu. Ona görə də faktiki olaraq onlar Boltondan görüşməkdən imtina etdilər”.

Bu fikirləri Azadinform-a Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov ABŞ-Türkiyə münasibətlərindən danışarkən deyib.

O bildirib ki, bu proses özü-özlüyündə Amerika-Türkiyə münasibətlərinin daha da gərgin şəklə gətirilməsinə səbəb ola bilər: “Kürd dəstələri birmənalı şəkildə Türkiyənin stabilliyinə, sərhədlərində təhlükəsizliyinə böyük bir zərbədir. Bu təhlükəni aradan qaldırmaq üçün Türkiyə ancaq öz qoşunlarından, Silahlı Qüvvələrindən istifadə etməlidir. Ankara heç vaxt bunu sirr etmir, həmişə də bundan istifadə edib. Boltonun dediklərinə baxmayaraq yenə də bunu etməyə davam edəcək. Ona görə də Türkiyə üçün əsas olan odur ki, stabillik davam etsin və sərhədləri təhlükəsizlik kontekstində müdafiə olunsun.

11.01.2019 12:30 / Baxılıb: 419 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo