Önümüzdə Mənbiç və Fəratın şərqi var Hulusi Akar

Samir Soltanov/AZADİNFORM. “Önümüzdə Mənbiç və Fəratın şərqi var. Bununla bağlı lazım olan planlar hazırdır. Əməliyyat üçün hazırlıqlarımız intensiv şəkildə davam edir”. 

Azadinform xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. Nazir qeyd edib ki, yeri və zamanı gəldikdə əvvəlki əməliyyatlara bənzər şəkildə buradakı terrorçular da qazdıqları quyuda basdırılacaqlar: “Türkiyə dövləti istər daxildə istərsə də, sərhədlərindən xaricdə terrora son qoymaq üçün son dərəcə qətiyyətlə mübarizə aparır. Yeganə hədəfimiz terrorçulardır. Kürd qardaşlarımızla heç bir problemimizin olmadığını hər bir ağıllı insan bilir”. 

11.01.2019 12:10 / Baxılıb: 345 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo