Şübhəli bilinən 39 nəfər saxlanılıb

Adəm Abbaslı/AZADİNFORM. Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 132 cinayət faktından 28-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

11.01.2019 11:31 / Baxılıb: 345 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo