71 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Samir Soltanov/AZADİNFORM. Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər. 

DİN-in Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 10 günü ərzində güclü təsiredici xüsusiyyətə malik, ümumi çəkisi 71 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 10,7 kiloqramdan çox heroin, 14,6 kiloqrama yaxın həşiş, 45,6 kiloqram marixuana və 60 qram tiryək götürülərək qanunsuz dövriyyədən çıxarılıb. 

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

11.01.2019 11:20 / Baxılıb: 258 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo