Qazaxda və Sumqayıtda yanğın olub

AZADINFORM. Sumqayıtda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, şəhərin Corat qəsəbəsində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda tikilmiş ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Qazaxda da yanğın qeydə alınıb. Məlumata görə, ümumi sahəsi 20 m² olan qazanxananın içərisində quraşdırılmış elektrik lövhəsində 4 ədəd qoruyucu açar yanıb.

Qazanxana yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

11.01.2019 09:00 / Baxılıb: 265 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.03.2019
    21.03.2019
    20.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo