Azərbaycan, Əfqanıstan və Türkmənistan birgə işçi qrupu yaradır

AZADİNFORM. Bakıda Azərbaycan, Əfqanıstan və Türkmənistan rəsmiləri arasında transmilli fiberoptik magistrallar üzrə əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə üçtərəfli görüş keçirilib. 

Bu barədə Azadinform-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Şahzad Aryobi, həmçinin adıçəkilən ölkənin maliyyə naziri Məhəmməd Humayun Qayomi, Türkmənistanın “Aşqabat Şəhər Telefon Şəbəkəsi” QSC-nin baş direktoru Yusup Kerimov, “Türkməntelekom” şirkətinin baş direktor müavini Durdelı Atayev və Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay iştirak ediblər.

Üçtərəfli görüş zamanı Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə “Siyəzən-Türkmənbaşı” fiberoptik kabel magistralının çəkilməsi, o cümlədən Türkmənistan ərazisi ilə Əfqanıstanın internetlə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bununla bağlı texniki-iqtisadi əsaslandırma işlərinin həyata keçirilməsi məqsədilə üç ölkənin mütəxəssislərinin iştirakı ilə birgə işçi qrupun yaradılması qərara alınıb.

10.01.2019 20:32 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo