Seçki Məcəlləsində dəyişiklik edilib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib. 

Azadinform xəbər verir ki, Qanunda bildirilir: 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci, 3-cü, 4-cü və 7-ci bəndlərini rəhbər tutaraq qərara alır: 

Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, 6, maddə 274, 12 (I kitab), maddə 680; 2004, 6, maddə 416, 11, maddə 891; 2005, 2, maddə 62, 4, maddə 278, 7, maddələr 576, 584, 12, maddə 1091; 2007, 7, maddə 712; 2008, 6, maddə 457; 2009, 2, maddə 44; 2010, 4, maddə 276, 7, maddə 592; 2011, 3, maddə 163; 2012, 5, maddə 409; 2013, 6, maddə 592; 2015, 5, maddə 490; 2017, 5, maddə 705; 2018, 1, maddə 4, 3, maddə 389) aşağıdakı dəyişikliklər edilsin: 

1. 1.1.23-cü maddəyə, 33.1-ci maddənin ikinci cümləsinə və 38.1-ci maddənin birinci cümləsinə “qərarının” sözündən sonra “(sərəncamının)” sözü əlavə edilsin.

2. 8-ci maddə üzrə:

2.1. maddənin adında “elan” sözü “təyin” sözü ilə əvəz edilsin;

2.2. 8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“8.1. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir.”.

3. 9.1-ci maddədə “elan olunduğu” sözləri “təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi” sözləri ilə əvəz edilsin.

4. 40.6-cı və 40.7-ci maddələrin birinci cümlələrində “elan” sözü “təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc” sözləri ilə əvəz edilsin.

5. 41.3-cü maddədə “seçkilər (referendum) elan olunduğu” sözləri “seçkilərin (referendumun) təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi” sözləri ilə əvəz edilsin.

6. 44.2-ci maddəyə və 77.3-cü maddənin ikinci cümləsinə “qərar” sözündən sonra “(sərəncam)” sözü əlavə edilsin.

7. 47.2-ci maddədə “elan olunması günündən” sözləri “təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən” sözləri ilə əvəz edilsin.

8. 58.3-cü maddənin birinci cümləsinə “təyin” sözündən sonra “edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc” sözləri əlavə edilsin.

9. 77.2-ci maddənin ikinci cümləsinə, 78.3-cü maddəyə, 81.2-ci maddənin üçüncü cümləsinə, 83.6-cı maddənin ikinci cümləsinə, 84.1-ci maddənin ikinci cümləsinə, 87.2-ci, 89.2-ci, 90.2.5-ci, 90.2.9-cu maddələrə, 97.2.2-ci maddənin ikinci cümləsinə və 111.2-ci maddənin ikinci və üçüncü cümlələrinə “qərarın” sözündən sonra “(sərəncamın)” sözü əlavə edilsin.

10. 123.3-cü maddədə “referendum elan” sözləri “referendumun təyin edilməsi haqqında qərar (sərəncam) rəsmi dərc” sözləri ilə əvəz edilsin.

11. 124.1-ci maddənin birinci cümləsinə “qərarla” sözündən sonra “(sərəncamla)” sözü əlavə edilsin.

12. 145.4-cü və 146.2-ci maddələrdə “qərar” sözü “sərəncam” sözü ilə əvəz edilsin.

13. 178-ci maddə üzrə:

13.1. 178.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“178.1. Bu Məcəllənin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, yeddi il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur.”;

13.2. 178.2-ci maddədə “elan” sözü “təyin” sözü ilə əvəz edilsin;

13.3. 178.3-cü maddədə “keçirilməsi gününün elan” sözləri “təyin” sözü ilə əvəz edilsin.

10.01.2019 18:32 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo