Məşhur avtomobil şirkəti 5 min əməkdaşını işdən çıxaracaq

Samir Soltanov/AZADİNFORM. “Jaguar Land Rover” avtomobil şirkəti 5 min əməkdaşını işdən azad etməyə hazırlaşır. 

Azadinform xəbər verir ki, əsasən şirkətin idarəetmə və marketinq müəssisələrinin əməkdaşlarının işdən azad olunacağı bildirilir. Məlumata görə, şirkət işçiləri ixtisar etməklə xərclərini təxminən 2,5 milyard funt sterlinq azaltmaq niyyətindədir.

Qeyd edək ki, hazırda “Jaguar Land Rover” 40 min insanı işlə təmin edir. Şirkətin satış göstəricilərində ən böyük pay Çinin üzərinə düşür. Son vaxtlarda qlobal gərginliklərdən ötrü şirkətin Çindəki satışları təxminən 50 faiz azalıb.

10.01.2019 17:40 / Baxılıb: 400 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo